BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Home » Solidarity » Helin Bölek-Yolumuzu işıqlandırır!

Helin Bölek-Yolumuzu işıqlandırır!

Bugün səhər saatlarında “Grup Yorum” solisti Helin Bölek aclıq aksiyasının 288-ci günündə, ölüm orucunda olarkən həyatını itirmişdir.

“Grup Yorum”, son dövrlərdə Türkiyə xalqının ağrılarının carçısına, musiqidə əzilənlərin azadlıq simvoluna çevrilmişdir. Onlar, protest musiqisi ilə yarandığı gündən, 1985-dən bu günə qədər bir an belə bu yoldan dönməmişdir. Həbslər, məhkəmələr bahasına olsa belə həmişə inqilabi, sosialist yolu özlərinə rəhbər tutmuşlar. Təbii ki, digərləri kimi mürtəce kapitalist AKP hökuməti də bundan qorxuya düşmüşdür. Belə ki, hakimiyyət “Grup Yorum” konsertlərini qadağan etmiş, üzvlərini müxtəlif şərləmə və bəhanələrlə həbs etmişdir. Hətta 14 fevral 2018-də Türkiyə Daxili İşlər Nazirliyi qrupun 6 üzvünü (Ali Aracı, İbrahim Gökçek, Sema Altın, İnan Altın, Emel Yeşilırmak, İhsan Cibelik) “ən çox axtarılan terrorist” siyahısına əlavə etmişdir, daha sonra isə bəzi üzvlərini həbs etmişdir. Bütün bu haqqsızlıqlara qarşı “Grup Yorum” üzvləri aclıq aksiyasına başlamışdır. Onların tələbləri İdil Mədəniyyət Evinə olan təzyiqlərin dayanması, konsert qadağalarının götürülməsi, həbsdə olan üzvlərinin azad edilməsi idi. Bu aksiyalara qoşulanlardan biri də qrupun solisti Helin Bölek idi. O da digər yoldaşları kimi ədalətsizliyə qarşı susmadı. O, bir karyerist, pop musiqiçi olmaq əvəzinə çətin, təhlükəli və inqilabi olanı seçdi – əzilənin fəryadı, xalqın səsi, işçinin-əməkçinin yanında oldu. Hər kəsin pandemiya qorxusundan evində qaldığı bir vaxtda o, ölümün gözünə dimdik baxaraq, əbədiləşməyi, ölümsüzləşməyi seçdi və ölümsüzləşdi. Türkiyə hökuməti bir daha hiyləgər davrandı, pandemiya mövzusundan istifadə edərək Grup Yorum üzvlərinin aclıq aksiyalarını, ölüm oruclarını gündəmdən çıxartmağa və unutdurmağa çalışdı. Amma bu baş verməyəcək, çünki Helin Bölekin sadəcə bədəni ölmüşdür. İnsan isə əsas bədənlə yox, mübarizə ilə var olur. Odur ki, Helin Böleklerin mübarizəsi əbədi yaşayacaq, əməkçilərin yoluna işıq tutacaqdır.

Bu gün Azərbaycanda, istər Türkiyədə, dünyanın hər yerində pandemiya mövzusunun gündəmi zəbt etməsindən istifadə edib siyasi məhbuslara qarşı təzyiqlər edilir. Unutmamalıyıq ki, onların qaba gücü varsa, bizim də inancımız, mübarizəmiz var. Mövqeyimiz bəllidir. Heç vaxt səngimədən, yorulmadan hesablaşacağımız gün üçün çalışacaq və əməkçilərin yanında olacağıq!
Mübarizə davam edir: sonuncu insan azad olana qədər – Sosializmə qədər! #HelinBölekÖlümsüzdür

Kaynak: https://emekchi.org/2020/04/03/helin-bolek-yolumuzu-isiqlandirir/



Check Also

A Ten Metre Banner Hoisted For Victory March In Greece

The People’s Front in Greece hoisted a large banner 10 metres long in Propilia Square ...

%d blogcu bunu beğendi: